TANAP qaz kəmərinin tikintisi üçün yaradılmış konsorsium 2015-ci ilin ikinci yarısında EPS (Engineering, Procurement, Construction and Installation) müqavilələri üzrə (boru kəmərinin dəniz hissəsinin layihələndirlməsimə, satınalma, tikinti, montaj edilməsi və fibro-optik kabelin çəkilməsi üzrə) podratçıları seçmək üçün tender elan edəcək. Bu haqda konsorsiumun məlumatında bildirilir.
Artıq tender öncəsi kvalifikasiya seçimi edilib və 6 şirkət və alyans tenderdə iştirak üçün dəvət alıblar. Bunlar – Micoperi S.r.l., MRTS-Fernas Insaat AS Joint Venture, Saipem, Swiber Offshore Construction PTE LTD, TL Offshore Sdn. (Sapura Kencana Petroleum Group Company) və Valentine Maritime LTD Honeywell A.S. şirkətləridir.