Türkiyənin energetika naziri Taner Yıldız bildirib ki,Türkiyə Türx Axının quru hissəsinin kordinatlarını alıb.
Rusiyadan Qara dənizin dibi ilə Türkiyəyə inşa ediləcək Türk Axını kəmərinin uzunluğu 1.090 km olacaq və 2016-cı ilin dekabrında istismara verilməsi gözlənilir.
“Gazprom bizim tələbimizə uyğun olaraq qaz kəməri sahəsinin kordinatlarını bizə təqdim edib”,- deyə Taner Yıldız bildirib.
Türkiyənin energetika naziri elan edib ki,kəmərin birinci xəttinin inşasını layihənin texniki-iqtisadi əsaslandırılması qurtardıqdan sonra gözləmək olar.
“Türk Axının birinci xəttinin gücü 16 milyard kub metr olacaq” – deyə Yıldız bildirib.
Layihə 2014-cü ilin dekabrında razılaşdırılıb və hesablamalara görə gücü 63 milyard kub metr təşkil edəcək.