Özbəkistanın və Cənubi Koreyanın GS Engineering & Construction $ 4,5 milyard məbləğində qaz-kimya kompleksinin (MM) tikintisinə dair anlaşma memorandumu imzalayıb.
Memorandum mayın 27-29-də Özbəkistan prezidenti İslam Kərimovun Cənubi Koreyaya səfəri zamanı imzalanıb.
Layihə metanoldan olefinlərin istehsalı üçün güclərin yaradılmasını nəzərdə tutur.
Qaz-kimya kompleksini (QKK) GS Engineering & Construction və “Özbəkneftqaz” inşa edəcək.
Yeni layihənin təxmini illik istehsal gücü – 250 min ton polietilen, 500,000 min ton polipropilen, 100.000 ton polistrol, 30 min ton kauçuk istehsalını nəzərdə tutur.