BP şirkəti (Şahdəniz layihəsinin operatoru) “Mərhələ 2” layihəsinin həyata keçirilməsi üzrə növbəti müqavilələlərini imzaladığını elan edib.
Sualtı hasilat sistemi avadanlıqlarının təchizatı üçün $297 milyon dəyərində olan müqavilə FMC Kongsberg Subsea AS şirkəti ilə imzalanıb. Bu müqavilə çərçivəsindəki işlərin həcminə sualtı manifoldlardan, əlaqədar idarəetmə bloklarından və birləşdirici avadanlıqlardan ibarət 3, 4 və 5 saylı hasilat kompleksləri üçün avadanlığın təchizatı daxildir. Avadanlıqların təchizatı 2016-cı ildən 2021-ci ilədək mərhələlərlə həyata keçiriləcək.
Yatağın tammiqyaslı işlənməsi üçün tələb olunan sualtı fontan armaturlarının və köməkçi vasitələrin planlaşdırılan üç partiyasından ikincisinin təchizatı üçün $66 milyon dəyərində olan müqavilə OneSubsea (UK) Ltd şirkəti ilə imzalanıb. Avadanlıqların təchizatı 2016-cı ildən 2021-ci ilədək mərhələlərlə həyata keçiriləcək.
Qeyd edək ki, “Şahdəniz-2” müqaviləsinin ümumi dəyəri $28 milyrda yaxındır. Hazırda imzalanmış müqavilələrin ümumi dəyəri $12 milyarddan artıqdır.