2015-ci ilin yanvar-martında Rusiyanın neft ixracı dəyər baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 43.5% azalaraq $22,726 milyard təşkil edib. Bu barədə Federal Gömrük Xidmətinin (FCS) materiallarında deyilir.
Neft ixracının fiziki həcmi hesabat dövründə 12.7% artaraq 59.3 milyon ton təşkil edib.
Neft ixracının əsas həcmi uzaq xaric ölkələrinin payına düşüb: tədarükün dəyəri $21,3 milyard təşkil edib. MDB ölkələrinə neft ixracı $1,399 milyarda qədər azalıb.
Uzaq xaric ölkələrinə fiziki ixracat 53.6 milyon ton olub.