Rusiya Energetika nazirliyinin statistikasına görə, 2015-ci ilin yanvar-aprelində Rusiyada neft və qaz kondensatı hasilatı keçən ilin analoji dövrü ilə müqayisədə 1% artaraq 174.843 milyon ton təşkil edib.
Neftin ixracı 5.8% artaraq 79.491 milyon ton olub.
Neft emalına 92.645 milyon ton neft göndərilib (azalma 1%). Neft emalı zavodlarında isə ilkin neft emalı 0.1% azalaraq 92.617 milyon ton təşkil edib.