Türkiyənin Moskvadakı səfiri Ümit Yardım bildirib ki,”Türk axını” boru kəmərinin istismara verilməsi 2017-ci ildən sonraya gözlənilir. Daha əvvəl “Qazprom” isə Türkiyəyə qaz tədarükünə 2016-cı ilin dekabrında başlayacağını bildirmişdi.
Moskva və Ankara arasında tikinti üzrə məcburi müqavilə hələ imzalanmayıb və boru kəmərinin istismara verilməsi 2017-ci ildən sonraya gözlənilir. Bu barədə İnterfax müsahibəsində türkiyənin moskvadakı səfiri Ümit Yardım bildirib.
Səfir qeyd edib ki,Türkiyə və Rusiya hələ “layihənin başlanma mərhələsinə çatmayıblar” və iki ölkə arasında bu məsələ ilə bağlı danışıqlar davam edir.
Əvvələr “Qazprom” rəhbəri Aleksey Miller bildirmişdi ki,Türkiyəyə “türk axını” kəməri ilə qaz tədarükü 2016-cı ilin dekabrında başlayacaq. Boru kəmərinin istismara verilmə tarixi və tədarükün başlanması barədə razılaşma Aleksey Millerin Türkiyənin energetika naziri ilə görüşündə əldə olunmuşdu.