Bazar ertəsi, Noyabr 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Azerbaijan Gas Supply Co. və Cənubi Qafqaz Boru Kəmərinin operatoru oldu

01/05/2015
7
BAXIŞ
Share on FacebookShare on Twitter

truba-socarAzərbaycan Respublikası Dövlət Neft Şirkəti mayın 1-dən etibarən Azərbaycan Qaz Təchizatı Şirkətinin (Azerbaijan Gas Supply Co.) və Cənubi Qafqaz Boru Kəməri Şirkətinin (CQBKŞ, Bakı-Tbilisi-Ərzurum) operatorluğunu öz üzərinə götürmüşdür. Bu haqda informasiya bu gün SOCAR-ın rəsmi saytında yerləşdirilib.

Təhvilalma prosesi Norveçin “Statoil” və Malaziyanın “Petronas” şirkətləri arasında “Statoil”un “Şahdəniz” yatağının işlənilməsi üzrə Hasilatın Pay Bölgüsü sazişində 15.5%, Cənubi Qafqaz Boru Kəməri Şirkətində 15.5% və Azərbaycan Qaz Təchizatı Şirkətində 12.4% iştirak paylarının satışına dair sövdələşmənin tamamlanması nəticəsində və 17 dekabr 2013-cü ildə imzalanmış müvafiq razılığa uyğun olaraq həyata keçirilmişdir.

SOCAR prezidenti Rövnəq Abdullayev bu münasibətlə keçirilən mərasimdə qeyd etmişdir ki, AQTŞ-nin operatorluğunun və CQBKŞ-nin kommersiya operatorluğunun SOCAR-a keçməsi Azərbaycanda HPBS layihələri çərçivəsində həyata keçirilən fəaliyyətlərdə yerli potensialdan istifadənin daha da artırılması prosesində çox vacib mərhələdir. Bu, SOCAR-ın öz texniki və kommersiya bacarıqlarını və eləcə də insan resurslarını dünya standartlarına uyğun inkişaf etdirməsində əldə etdiyi yüksək uğurların qlobal enerji şirkətləri tərəfindən aydın tanınmasıdır.

SOCAR prezidenti son 12 ildə AQTŞ və CQBKŞ operatoru kimi mükəmməl fəaliyyəti və eləcə də biznes fəaliyyətinə heç bir mənfi təsir olmadan razılaşdırılmış müddətdə operatorluq təhvilinin həyata keçirilməsində SOCAR ilə əməkdaşlığına görə “Statoil” şirkətinə təşəkkür etmişdir.

Xatırladaq ki, Azərbaycan Qaz Təchizatı Şirkəti Kayman Adalarında məhdud məsuliyyətli cəmiyyət olaraq təsis edilmişdir, baş ofisi Bakıda yerləşir. AQTŞ “Şahdəniz” HPBS üzrə tərəfdaş şirkətlər və SOCAR tərəfindən “Şahdəniz” layihəsinin Mərhələ-1 və Mərhələ-2 çərçivəsində hasil olunmuş təbii qazın Azərbaycan, Gürcüstan və Türkiyədə, eləcə də Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına gələcək satışını həyata keçirəcək xüsusi hüquqi şəxs kimi yaradılmışdır.

CQBKŞ Cənubi Qaz Boru Kəməri konsorsiumuna məxsusdur, “Şahdəniz” yatağından, həmçinin Azərbaycan Respublikası ərazisində və Xəzər dənizində digər mənbələrdən hasil olunan təbii qazın Türkiyə və Avropa bazarlarına nəqli məqsədilə boru kəmərinin tikintisi və istismarı üçün yaradılmış şirkətdir.

* Boru kəməri başlanğıcını Bakı yaxınlığında Sənqəçal terminalından götürür. Kəmərin uzunluğu 691 kilometrdir və bunun da 443 kilometri Azərbaycan, 248 kilometri Gürcüstan ərazisində yerləşir. 17 Dekabr 2013-cü tarixində yekun investisiya qərarının imzalanmasından sonra, səhmdarlar illik 25 milyard kubmetrədək təbii qaz nəqli üçün boru kəməri sisteminin genişləndirilməsinə başlamışlar. 

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.