“Qazprom” “Türk axını” boru xətti boyu qazın nəqli ilə əlaqədar Türkiyənin enerji bazarının tənzimlənməsi orqanına (EPDK) müraciət etməyib. Bu barədə Trend-ə EPDK-dan məlumat verilib.
EPDK-nın lisenziyası olmadan ölkə ərazisində neft və qazın satışı, habelə nəqli mümkün deyil.
Qeyd edək ki, Rusiyanın “Qazprom” şirkətinin rəhbərliyi ötən həftə bəyan etmişdi ki, “Türk axını” boru xəttinin tikin işlərinə iyun ayının ilk dekadasında başlayacaq.