Şənbə, Avqust 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Qazprom” Türkiyədən icazəsiz “Türk axını”nın tikintisinə başladı

20/05/2015
6
BAXIŞ
Share on FacebookShare on Twitter

труRusiyanın “Qazprom” şirkəti Türkiyənin icazəsi olmadan “Türk axını” kəmərinin tikintisinə başlayıb.

Bu barədə “Kommersant” qəzeti yazıb. Beynəlxalq praktikada ilk dəfədir ki, belə hal baş verir. Layihədə iştirak edən ölkələr arasında öhdəliklərə dair müqavilə imzalanmadan kəmər tikintisi başlayır.

Analitiklərin qənaətinə görə, bu, Rusiyanın “Türk axını” kəmərinin Türkiyə-Yunanıstan sərhədinə qədər olan hissəsini 2018-ci ilə qədər tikib başa çatdırmaq planlarından irəli gəlir. Lakin bu tələskənlik kəmərin tikintisinin Qara dənizin dibində yarımçıq qalması riski daşıyır. “Qazprom”dan isə deyiblər ki, Türkiyə tərəfi ilə razılaşmanın ləngiməsi sırf siyasi məsələdir və bu ölkədəki seçkilərlə əlaqəlidir.

İyunun 7-də Türkiyədə parlament seçkilər keçiriləcək. Son rəy sorğularına görə, hakim AKP parlamentdə çoxluğu itirə bilər.

Rəsmi Ankara isə “Türk axını”na dair razılaşmanı imzalamaq üçün “Qazprom”dan Türkiyəyə satılan qazın qiymətində maksimum güzəşt qoparmağa çalışır.

“Qazprom” razılaşmanın əldə edilməsini gözləmədən podratçı şirkətlərə işə başlamaq barədə göstəriş verib.

“Qazprom”un idarə heyətinin üzvü Oleq Aksyutin bildirib ki, kəmərin Qara dənizin dibindən keçən hissəsinin tikintisi iyunda başlayacaq. Kəmərin birinci bağının tikintisi üçün İtaliyanın “Saipem” şirkəti ilə müqavilə bağlanıb. İşlər iki borudüzən gəmi ilə başlayacaq.

“Qazprom” İtaliya şirkətindən iki borudüzən gəmini “Cənub axını” kəmərinin tikintisi üçün hələ ötən ilin payızında kirayələmişdi. Lakin “Cənub axını”nın tikintisi dayandırılandan sonra işlər başlamadan dayandırıldı. “Qazprom” isə gəmilərin boş dayanmasına görə hər ay 25 milyon dollar ödəməli olur. “Qazprom”un Hollandiyada qeydiyyatdan keçmiş “South Stream Transport B.V.” törəmə şirkətinin Qara dənizin Rusiyanın iqtisadi zonasına daxil olan hissəsində kəmər tikintisinə dair icazəsi var. Bu, “Türk axını” kəmərinin dəniz hissəsinin üçdə ikisi deməkdir. Lakin kəmərin Türkiyə ərazi sularından keçən hissəsinə dair heç bir razılaşma yoxdur.

Ümumiyyətlə, Ankara ilə Moskva “Türk axını”ına dair hələlik heç bir rəsmi sənədə imza atmayıblar.

Beləliklə, “Qazprom” heç hökumətlərarası razılaşma da olmadan ilk dəfə ixrac qaz kəmərinin tikintisinə başlayır. Rusiyanın qaz nəhənginin tələsməsi Azərbaycan qazını Avropa bazarlarına çıxaracaq Cənub Qaz Dəhlizinin reallaşmasından əvvəl “Türk axını” kəmərini çəkməkdir.

Xatırladaq ki, Azərbaycan qazı TANAP kəməri ilə Türkiyənin Yunanıstan sərhədinə “Türk axını” kəməri ilə eyni məntəqədə çıxacaq. Bu haqda rəsmilər açıq danışmasalar da “Türk axını” layihəsinin Cənub Qaz Dəhlizinə alternativ olduğununu göstərən əlamətlərin sayı getdikcə artır.

“Qazprom”da hesab edirlər ki, ən pis variantda onlar kəmərin dəniz hissəsinin üçdə ikisini çəkib Türkiyənin qərarını gözləyəcəklər. Tikintini suyun altında yarımçıq dayandırmaq texniki baxımdan mümkündür. Bununla belə “Qazprom” hesablayır ki, Türkiyə ilə tezliklə razılaşma əldə olunacaq.

Danışıqların gedişinə bələd olan mənbələr deyiblər ki, razılaşmanın ləngiməsi Türkiyədə keçiriləcək seçkilərlə əlaqəlidir. “Türk axını” kəmərinə dair razılaşmanı Türkiyənin yeni hökuməti ilə bağlamaq nəzərdə tutulur.

F.Məmmədov

Virtualaz.org

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.