Qazaxıstan Rusiyadan dəmir yolu ilə dizel yanacağı idxalına qoyulan müvəqqəti qadağanı uzadıb. Müvafiq əmir ölkənin energetika nazirliyi verib.
“20 may tarixindən 25 iyun 20115-ci il tarixinə qədər Rusiya Federasiyasından Qazaxıstan Respublikasına dəmir yolu ilə dizel yanacağının gətirlməsinə qadağa qoyulsun”,- deyə sənəddə bildirlir.
Dizel yanacağı və benzin idxalına qadağa 2015-ci ilin 5 martında Rusiyadan neft məhsulları idxalının artması səbəbindən Qazaxıstanın neft emalı zavodlarında məhsulların yığılıb qalması səbəb olmuşdu. Daha sonra benzini qadağadan çıxartdılar.
26 mayda Respublikada Aİ92/93 benzini bahalaşıb. Bir litr AI 92/93 beniznin qiyməti 108 tenge ($0,58),bir litr AI-80 benzini – 89 tenqe ($0,48),bir litr dizel yanacağının qiyməti isə 99 tenge ($0,53) müəyyən edilib.
Bu zamana qədər isə bir litr AI 92/93 benzinin qiyməti 99 tengəyə başa gəlirdi.