Bu ilin ilk rübünə aid məlumatlara görə, Norveçin Qərbi Avropa ölkələrinə qaz ixracı 29,2 milyard kubmetr təşkil edib. Həmin dövrdə Rusiya 20,2 milyard kubmetr qaz ixrac edib.
Norveç mediasının Norveçin qaz operatoru Gassco-nun və Rusiyanın dövlət enerji şirkəti “Qazpromun” məlumatlarına əsaslanaraq verdiyi xəbərə görə, ötən ilin son rübündə Qazprom Qərbi Avropa ölkələrinə Norveçdən nəql etdiyi 29,5 milyard kubmetrə qarşı 19,8 milyard kubmet qaz ixrac etmişdi.
Qazpromun tədarükünün azalmasına səbəb ukrayna böhranı fonunda avropa ölkələrinin qaz tədarükü mənbələrini şaxələndirmək siyasətidir. Neft qiymətlərindəki sərt enişdən sonra Norveçin daha rəqabətçi qiymətlə Avropaya qaz satmağa başladığı bildirilir.
2014-cü ilin nəticələrinə görə, Rusiya Avropa Birliyinin ən böyük qaz tədarükçüsü olmaqda davam edir. “Qazprom” 2014-cü ildə Avropaya 117,9 milyard m3 qaz satmışdı. Bu, 2013-cü illə müqayisədə 3.7 faiz eniş deməkdir.