Çərşənbə axşamı, Sentyabr 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İlham Əliyev: “Cənub” qaz dəhlizi bu gün Avropada ən böyük infrastruktur layihəsidir

22/05/2015
7
BAXIŞ
Share on FacebookShare on Twitter

“2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara veriləndə biz artıq Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm bir addım atmışdıq. Bu gün Azərbaycandan daxil olan neft bəzi Avropa ölkələrinin enerji balansında 30-40 faiz təşkil edir”. Bunu “The Business Year” jurnalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.

ilham-yPrezident qeyd edib ki, uzun illər Azərbaycan tərəfindən təşəbbüs olaraq irəli sürülmüş layihələr həm də “Cənub” qaz dəhlizinin reallaşmasına xidmət göstərib: “20 ildir ki, Azərbaycan öz enerji resurslarının dünya bazarlarına müxtəlif yollarla çıxarılması ilə bağlı gərgin iş aparır və geniş şaxələndirilmiş nəqliyyat infrastrukturuna malikdir.

“Cənub” qaz dəhlizi bu gün Avropada ən böyük infrastruktur layihəsidir. Azərbaycan isə Avropaya yaxın zamanlarda nəql edilə biləcək qazın yeganə yeni mənbəyidir. Bu layihə bir neçə komponentdən ibarətdir. İlk növbədə, “Şahdəniz” qaz yatağının işlənilməsi, Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəmərinin genişləndirilməsi, Trans-Anadolu — TANAP layihəsinin icra edilməsi və Trans-Adriatik- TAP layihəsinin tikintisi “Cənub” qaz dəhlizini formalaşdıran seqmentlərdir”.

Ölkə başçısı əlavə edib ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trln. kubmetrdir, proqnozlaşdırılan ehtiyatların həcmi isə bundan iki dəfə artıqdır. Prezidentin sözlərinə görə, geniş şaxələndirilmiş infrastruktur imkan verir ki, Azərbaycan qaz ixracını istənilən istiqamət üzrə artırsın. “Hazırda “Cənub” qaz dəhlizinin tikintisi ilə bağlı bütün istiqamətlər üzrə ardıcıl iş aparılır.

Keçən il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu tarixin çox böyük rəmzi mənası var idi. Çünki bölgənin enerji xəritəsini dəyişmiş “Əsrin müqaviləsi” məhz 20 il əvvəl bu tarixdə imzalanmışdır. Bu ilin fevralında Bakıda “Cənub” qaz dəhlizi ölkələrini təmsil edən nazirlərin Məşvərət Şurasının iclası keçirilmişdir ki, bu da görüləcək işlərin əlaqələndirilməsi üçün çox önəmli addım olmuşdur. Cari il martın 17-də isə Türkiyənin Qars vilayətində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin, həmçinin Avropa İttifaqı və ABŞ-ın nümayəndələrinin iştirakı ilə TANAP-ın təməlqoyma mərasiminin keçirilməsi “Cənub” qaz dəhlizinin reallaşdırılması baxımından olduqca əlamətdar hadisədir”.

Dövlət başçısı bildirib ki, “Şahdəniz-2” və “Cənub” qaz dəhlizi layihələri Azərbaycanın neft strategiyasına yeni nəfəs verməklə yanaşı, həm də dünyanın enerji xəritəsini dəyişdirəcək və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni vəziyyətin yaranmasına səbəb olacaq: “Çünki “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi layihəsi kimi Avrasiyada yeni əməkdaşlıq formatının əsasını qoyur. Biz ilk mərhələdə üçtərəfli formatı yaratdıq — Türkiyə-Gürcüstan-Azərbaycan enerji, nəqliyyat, siyasi, iqtisadi, strateji tərəfdaşlıq formatı. Bu gün bu, real bir regional amil kimi özünü göstərir. İndi isə Yunanıstan, Albaniya və İtaliyanın bu prosesə qoşulması həmin formatı daha da genişləndirir. Eyni zamanda, “Nabukko” layihəsinin üzvü — Bolqarıstan artıq bizim layihədə iştirak edir. Rumıniya, Macarıstan da bu layihələrə qoşula bilər. Biz digər Balkan ölkələrinə də Azərbaycan qazının çatdırılmasını istəyirik.

Hesab edirik ki, bu ölkələrlə həm istehlakçı, həm tranzit ölkələr kimi tərəfdaşlıq edə bilərik. Beləliklə, yeni əməkdaşlıq formatında iştirak edən dövlətlər həm də təbii müttəfiqlərə çevrilirlər və nəticə etibarilə Avrasiya bölgəsində çox ciddi və yeni bir müttəfiqlik formatı yaranır. Bunun həm siyasi, həm iqtisadi təsiri çox böyük olacaqdır. Buna görə də “Cənub” qaz dəhlizi sadəcə olaraq enerji layihəsi, boru kəməri deyil, bu, ciddi siyasi təşəbbüsdür”.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.