Pakistanın baş naziri Nəvaz Şərif TAPİ (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri layihəsini müzakirə etmək üçün mayın 20-də Türkmənistana rəsmi səfərə gələcək. Bu barədə Pakistan KİV ölkə rəsmilərinə istinadən məlumat veriblər.
Adıçəkilən marşrut üzrə qazı idxal etmək üçün $ 10 milyard dəyərində boru kəmərini inşa etmək lazımdır. Əvvələr layihənin dəyəri 7.5 milyard dollar dəyərində qiymətləndirilirdi.
Türkmənistanın neft və mineral ehtiyatlar nazirliyi əvvələr xəbər vermişdi ki,TAPİ layihəsində konsorsium lideri seçilməsi üçün tender keçriləcək.
Kəmərin ümumi uzunluğu 1735 km-dir. Kəmərin 200 kilometri Türkmənistan,735 kilometri Əfqanıstan,800 kilometri Pakistan ərazisi ilə Hindistan ilə sərhəddə yerləşən Fazilka yaşayış məntəqəsinə qədər uzanacaq. Boru kəməri illik nəqletmə gücü 33 milyard kubmetr təşkil edəcək.