2014-cü ilin yayından Qazaxıstanın Milli fondunun aktivləri $ 8 milyard və ya 10% azalıb. Bu barədə Qazaxıstan Milli Bankının hesabatında bildirilir.
Milli bankın məlumatına görə,avqustda Milli fondun aktivləri pik səviyyəyə – $77,2 milyarda çatmışdı. Sentyabrda isə bu rəqəm $76,1 milyarda qədər azalmış,oktyabrda isə yenidən $76,8 milyarda qədər artıb. Sonra – yanlız azalma. Noyabrda – $76,7 mlrd,dekabrda $73.5 mlrd. 2015-ci ilin yanvarında – 71,7 mlrd,fevralda – 71.7 mlrd,martda isə 69.7 milyard dollar.
Eyni zamanda,bu dövrdə Qazaxıstanın beynəlxalq ehtiyatları $ 27.7 milyarddan $ 29.1 milyarda qədər artıb. Milli Bankın ehtiyatları $20,2 milyarddan $21.5 milyarda qədər çoxalıb. Xalis beynəlxalq ehtiyatlar $27 milyarddan $28.3 milyarda qədər artıb.