2015-ci ilin birinci rübündə fransız neft şirkəti Totalın xalis mənfəəti 20% azalaraq 2,663 milyard dollar təşkil edib.
Korrektə edilmiş xalis gəlir 22% azalaraq 2.602 milyard dollar olub. Hər bir səhmə düşən xalis mənfəət 1.13 dollar olub.
Birinci rübündə şirkətin satışları 30% azalaraq 42,313 milyard dollar təşkil edib.
Karbohidrogen hasilatının ümumi həcmi gündə 2.395 milyon barel neft ekvivalenti təşkil edib ki,bu da 2014-cü ilin birinci rübünün göstəricisindən 10% çoxdur. Şirkət hasilatın artmasını Şimal dənizi və Nigeriyada yeni layihələrin istismara verilməsi və Anqaloda hasilatın artması ilə izah edib.