Federal Gömrük Xidmətindən verilən məlumatda bildirilir ki,2015-ci ilin yanvar-fevralında “Qazprom” şirkəti yaxın və uzaq xaric ölkələrinə (Qazaxıstan və Belarus istsina olmaqla) $7,4 milyard dəyərində qaz ixrac edib.
FGX-nin məlumatına görə,”Qazprom” şirkətinin ixrac gəliri yanvar-fevralda keçən ilin analoji dövrü ilə müqayisədə 1.7 dəfə azalıb.
Qaz ixracı keçən ilki 37.4 milyard kub metrə qarşı 27.5 milyard kub metr təşkil edib. Uzaq xaricə qaz ixracı 18.7 milyard kub metr,MDB ölkələrinə isə 8.8 milyard kub metr təşkil edib.