Cümə, İyun 20, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Polipropilen zavodunun tikintisinə dair SOCAR-ın rəsmi məlumatı – FOTO

15/04/2015
1
BAXIŞ
Share on FacebookShare on Twitter

1-2Aprelin 15-də Bakı Biznes Mərkəzində keçirilmiş Azərbaycan-İtaliya işgüzar görüşü zamanı “Maire Tecnimont S.p.A.” Mühəndislik Şirkətlər Qrupu ilə “SOCAR Polymer” MMC arasında Sumqayıt Polipropilen zavodu layihəsi üzrə əməkdaşlıq müqaviləsi imzalanmışdır.

SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, müqavilə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin, İtaliya Respublikasının iqtisadi inkişaf naziri Federika Quidinin, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, İtaliyanın Bakıdakı səfiri Qiampaolo Kutillonun, Maire Tecnimont şirkətinin sədri Fabrizyo Di Amatonun, eləcə də İtaliya və Azərbaycan dövlətlərinin digər rəsmi şəxslərinin və biznes strukturlarının rəhbərlərinin iştirakı ilə “SOCAR Polymer” şirkətinin Baş direktoru Fərid Cəfərov və “Maire Tecnimont” şirkətinin İcraçı direktoru Pierroberto Folciero tərəfindən imzalanmışdır.

İtaliyanın “Maire Tecnimont S.p.A.” Mühəndislik Şirkətlər Qrupu ilə “SOCAR Polymer” arasında ilkin mühəndislik çalışmaları həyata keçirilmiş və Sabit Qiymətli Açar Təslim EPC tipli Müqavilə üzrə Polipropilen zavodunun və ümumitəsərüffat blokunun tikilməsi üçün razılaşma əldə olunmuşdur.

Beynəlxalq hüquq praktikasına uyğun şəkildə tərtib olunmuş EPC tipli müqavilənin ümumi dəyəri təxminən 350 milyon avrodur. Layihə çərçivəsində mühəndislik, təchizat, quraşdırma və tikinti işlərinin görülməsi nəzərdə tutulur.

İllik gücü 180 min ton təşkil edəcək Polipropilen zavodu mövcud naftanın krekinqi nəticəsində alınan propilenin xammal kimi istifadə edilməsinə imkan verəcəkdir. Azərbaycanda ilk polipropilen zavodu olacaq bu müəssisənin Sumqayıt Kimya Sənaye Parkında tikilməsi planlaşdırılır.

Məlumat verilmişdir ki, polipropilen – qablaşdırma, tekstil, dəftərxana ləvazimatı, avtomobil komponentləri, elektron və elektrik texnikası və bir neçə digər məqsədlər üçün istifadə olunan əsas məhsuldur. Hazırda Azərbaycan polipropilen və yüksək sıxlıqlı polietileni xarici ölkələrdən idxal edir. SOCAR Polymer layihəsinin həyata keçirilməsi bu vacib məhsulun ölkəmizdə istehsal olunmasına imkan yaradacaqdır.

Qeyd edək ki, Milan Fond Birjasının reyestrinə daxil olan “Maire Tecnimont S.p.A.” Şirkətlər qrupu mühəndislik və tikinti, texnologiyaların hazırlanması və lisenziyalaşdırma, energetika və karbohidrogenlərin sənaye istehsalında ixtisaslaşan birgə müəssisələrin yaradılması (neft və qaz, neft-kimyası və gübrə), o cümlədən energetika və infrastruktur layihələrində dünyanın aparıcı müəssisələrindən biridir. 30-dan artıq ölkədə nümayəndəliyə malik və 45-dən artıq şirkətə nəzarət edən “Maire Tecnimont S.p.A.” Şirkətlər qrupunda təxminən 4300 nəfər işçi çalışır.

SOCAR, eləcə də Paşa Holding, Azersun Holding, Gilan Holding arasında yaradılmış “SOCAR Polymer” MMC ölkəmizdə kimya sənayesinin inkişafının gücləndirilməsi, polipropilen və yüksək sıxlıqlı polietilen məhsullarının istehsalı üçün nəzərdə tutulmuş Polipropilen zavodunun inşa edilməsi məqsədi ilə təsis olunmuş və 16 iyul 2013-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir.

“SOCAR Polymer” MMC-nin əsas fəaliyyət istiqamətlərini zavodun layihələndirilməsi, tikilməsi, lazımi avadanlıqların, cihazların alınması və quraşdırılması, istifadəyə verilməsi və s. təşkil edir.

 “SOCAR Polymer” MMC tərəfindən illik layihə gücü 200 min ton təşkil edən polipropilen qurğusunun 2017-cı ildə, illik layihə gücü 120 min ton təşkil edən yüksək sıxlıqlı polietilen qurğusunun isə 2018-ci ildə tikilib istismara verilməsi planlaşdırılır. Qurğuların lisenziarları müvafiq olaraq “Lyondell Basel” və “İneos” şirkətləridir.

İstehsal olunmuş məhsulların 30%-nin yerli bazarda reallaşdırılması, digər hissəsinin isə Türkiyə, Avropa və MDB ölkələrinə ixrac edilməsi nəzərdə tutulur.

1-5 1-4 1-3 1-1

Eyni kateqoriyadan Digər materiallar

Мощности ядерной генерации в мире растут
Qazaxıstan

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun lideri seçilib

18/06/2025
Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Azərbaycan

Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

18/06/2025
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Azərbaycanda beş aya 21 milyard kubmetrə yaxın qaz hasil edilib

18/06/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq
Azərbaycan

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

10/06/2025
RSE presented its autonomous modular energy systems for the first time in Baku
Azərbaycan

Avtonom modullu energetika RSE şirkəti tərəfindən Bakıda ilk dəfə təqdim edilib

04/06/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Qazaxıstan

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun lideri seçilib

18/06/2025
Azərbaycan

Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

18/06/2025
Azərbaycan

Azərbaycanda beş aya 21 milyard kubmetrə yaxın qaz hasil edilib

18/06/2025
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Azərbaycan

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

10/06/2025
Azərbaycan

Avtonom modullu energetika RSE şirkəti tərəfindən Bakıda ilk dəfə təqdim edilib

04/06/2025
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Azərbaycan

“Azneft” bu il “Neft Daşları”nda 1,2 milyon ton neft çıxarmağı hədəfləyib

04/06/2025
Azərbaycan

“TotalEnergies”: Azərbaycanda dünyada ilk dəfə…

04/06/2025
Azərbaycan

Laçında “Aşağı Malıbəyli” və “Mirik” kiçik su elektrik stansiyaları istismara verilib

27/05/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.