Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki,Kaşağan yatağında neft hasilatı ya 2015-ci ilin sonunda ya da 2016-cı ilin əvvəlində bərpa olunacaq.
“$ 2 mlrd yatağın yenidən qurulmasına xərclənib və şirkətlər KazMunayGaz ilə birlikdə çalışıblar. Biz ümid edirik ki,nefti ya bu ilin sonunda ya da 2016-cı ildə hasil edəcəyik”, – deyə o bildirib.
Nazarbayev əlavə edib ki, Qazaxıstanın kifayət qədər neft ehtiyatları var və insanları səbirli olmağa çağırıb.
Kaşağan yatağında neft hasilatı 2013-cü ilin sentyabrında hasilataın başlanmasından iki həftə sonra qaz sızması səbəbilə dayandırılmışdı. 2013-cü ilin oktyabrında hasilatın bərpasından sonra yenidən sızma aşkarlanmışdı. Sızmaya səbəb səmt qazı tərkibindəki kükürdün borunu çatlatması idi. 2015-ci ilin aprelində layihənin operatoru Şimali Xəzər Əməliyyat Şirkəti (NCOC), yataqdakı 200 km uzunluğundakı neft və qaz kəmərləri dəyişdirilməlidir.