Beynəlxalq enerji agentliyinin (BEA) Rusiya üzrə regional direktoru Mark Antuan İl Mazeqa bildirib ki, Türkmənistan 2020-ci ilə kimi Çinə qaz tədarükünü iki dəfə artıra bilər.
“Türkmənistan Çinə ixracı artırır. Proqnozlaşdırırıq ki,2020-ci ilə kimi qaz ixracı iki dəfə artacaq”, – deyə o bildirib.
Belə proqnoz üçün əsas kimi o, Türkmənistan yataqlarına son illər yatrılan sərmayələri göstərib.
BEA nümayəndəsi təqdimatına görə, 2014-ci ildə Türkmənistanda qaz hasilatı 70 milyard kub metr,2020-ci ilə isə 90 milyard kub metr təşkil edəcək. 2014-cü ildə ixrac 40 milyard kub metr olacaq ki,bu həcmin 20 milyard kub metri Çinin payına düşəcək.
İl-Mazzqa hesab edir ki, beynəlxalq bazarda türkmən qazının böyük potensialı var. “Türkmən qazı çox güman ki,Baumqartnerə düşməyəck,ancaq türkiyə bazarına düşə bilər. Orada isə rusiya qazı ilə rəqabət aparmalı olacaq”.
Eyni zamanda güman edilir ki, türkmən qazının tranzitində Qazaxıstan və Özbəkistanın rolu artacaq, Qırğızıstan və Tajikistan isə tranzit ölkə olacaqlar.