Energetika və iqlim üzrə avrokomissar Miqel Arias Kanyete bildirib ki,gələcəkdə “Cənub qaz dəhlizi” ilə təkcə azərbaycan qazı deyil,həmçinin iran qazıda tədarük nəql edilə bilər.
“Əgər İranla iyunda razılaşma əldə edilsə,bu gələcəkdə yeni imkanlar açacaq.”Cənub dəhlizi” ilə təkcə Azərbaycandan deyil,İran qazıda gedə bilər”, – deyə o bildirib.
Avropa Komisiyyası “Cənub qaz dəhlizini” həyata keçrilən layihələr arasında ən vacibi hesab edir.Bu kəmər ilə”Şahdəniz” yatağından Azərbaycan qazı Türkiyə və Yunanıstan vasitəsilə Avropaya nəql ediləcək.
* Qeyd edək ki,”Şahdəniz” layihəsi, TAP konsorsiumu iştirakçıları və Avropa Komissiyası arasındakı razılaşmaya əsasən, III Enerji paketinin müddəaları TAP kəmərinə şamil edilməyəcək.Bu yalnız TAP kəmərinin gücü artırılanda (bu 2023-cü ildən tez baş verməyəcək – Caspian Barrel) üçüncü tərəflərin təbii qazının nəqli imkanını nəzərdə tutur.