2015-ci ilin yanvar ayının nəticələrinə görə,Cənubi Qafqaz boru kəməri ilə (Bakı-Tbilisi-Ərzurum) 2014-cü ilin 700 milyon kub metrinə qarşı 636.8 milyon kub metr qaz nəql edilib. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Yanvarda ölkənin əsas qaz kəmərləri ilə 2.3 milyard kub metr qaz nəql edilib ki,bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 15% çoxdur.
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin uzunluğu 700 kilometrdən çoxdur. Bu boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz nəql edilib. Qaz Gürcüstan və Türkiyəyə tədarük edilir.