Çərşənbə, May 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR: Aİ qeyri-Avropa sərmayədarlarına lazımı strateji dəstəyi göstərməlidir

11/12/2014
2
BAXIŞ
Share on FacebookShare on Twitter

el-nasDekabrın 9-da Brüsseldə “Cənub Qaz Dəhlizi” (CQD) layihəsinin müzakirəsinə həsr olunmuş görüş keçirilmişdir.

Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, azərbaycanlı diplomatlar, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç və CQD layihəsinə cəlb olunmuş beynəlxalq enerji şirkətlərinin nümayəndələri iştirak etmişlər.

Elşad Nəsirov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verdiyini, ölkəmizin Avropa qitəsində əhəmiyyətinin artdığını vurğulamışdır. O, CQD-nin Azərbaycan-Avropa strateji tərəfdaşlığından iqtisadi inkişafadək bir çox sahəni əhatə edən bir layihə olduğunu qeyd etmiş, bildirmişdir ki, ilkin qazın həcmi Avropa üçün cüzi olsa da, Azərbaycan qazı istehlakçı ölkələrdə enerji təchizatı problemlərini kökündən həll edə bilər.

SOCAR-ın vitse-prezidenti layihədə ətraf mühitin qorunmasına xüsusi diqqət ayrıldığını, təbii qazın digər enerji daşıyıcılarına nisbətən ətraf mühiti daha az çirkləndirdiyini vurğulamışdır. Çıxışın sonunda cənab Nəsirov qeyd etmişdir ki, SOCAR Avropa İttifaqı iqtisadiyyatına yeni yatırımlar etməkdə maraqlıdır və Aİ qeyri-Avropa sərmayədarlarına lazımı strateji dəstəyi göstərməlidir.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinçenti, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri Fuad İsgəndərov CQD layihəsinin həyata keçirilməsi zərurətindən danışmışlar.

Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bir neçə gün öncə Azərbaycan rəhbərliyi ilə görüşündə CQD layihəsini müzakirə etdiyini, Azərbaycan rəhbərliyinin layihəni prioritet olaraq gördüyünü və işlərin vaxtında başa çatdırılacağına zəmanət verdiyini bildirmişdir. Cənab Şefçoviç etiraf etmişdir ki, Azərbaycan və Türkiyə layihə üzrə öhdəliklərini artıq yerinə yetiriblər, indi isə Avropadan üzərinə düşənləri həyata keçirməyi gözləyirlər. O, Enerji İttifaqının yaradılması üçün əlverişli anın gəldiyini vurğulamışdır.

Görüşdə BP-nin CQD üzrə vitse-prezidenti Co Mörfi və Trans-Adritaik Boru Kəməri (TAP) layihəsinin icraçı direktoru Kyetil Tunqland da öz fikirlərini bölüşmüşlər.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.