OPEK-in ən böyük neft ixracısı neft qiymətlərinin $ 60 səviyyəsində sabitləşməsini gözləyir.Fars körfəzində inanırlar ki,bu qiymət uzun müddət davam etməyəcək və ona görə də hasilatı azaltmağa ehtiyaca yoxdur.
The “Wall Street Journal” dərgisi yazır ki,OPEK-in ən iri neft ixracatçısı olan Fars körfəzi ölkələri və Səudiyyə Ərəbistanı neft qiymətlərinin $ 60 səviyyəsində sabitləşməsinə hazırdılar.
Noyabrın əvvəlində OPEK ölkələri nümayəndələri bildirmişdilər ki,neftin bir bareli üçün $ 70 qiymətində panikaya düşməyəcəklər.
Oktyabrda neft bazarı iştriakçıları və analitiklər ilə görüşdə bu ölkənin nümayəndələri bildirirdilər ki,ölkə neftin bir barelinin $80 səviyyəsinə qədər azalmasına hazırdır. Ortamüddətli perspektivdə OPEK ən böyük neft istehsalçısı daha çox neft gəlirləri əldə etmək istəyirdi.