BP-nin TANAP layihəsinə qoşulma prosesi yaxın vaxtlarda başa çatacaq. Bunu jurnalistlərə açıqlamasında BP Azərbaycan şirkətinin prezidenti Qordon Birelli deyib.
BP-nin layihədə payı 12% təşkil edəcək.
Birrelli bu proses bu ilin sonuna qədər başa çatacağına ümid etdiyini bildirib.
TANAP layihəsi “Şahdəniz” qazını Türkiyə vastəsilə avropa sərhədlərinə çatdırılmasını nəzərdə tutur.
Boru kəmərinin ilkin gücü ildə 16 milyard kubmetr qaz səviyyəsində gözlənilir. 6 milyard kub metr qazın Türkiyəyə,10 milyard kub metrin isə Avropaya tədarük edilməsini planlaşdırır. Perspektivdə kəmərin gücü ildə 31 milyard kubmetrə qədər genişləndirilə bilər.
TANAP kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 11,8 milyard dollar qiymətləndirilir. TANAP-ın operatoru SOCAR şirkətidir.