Türkmənistanın ümumi geoloji ehtiyatlarının həcmi 71.21 milyard ton şərti yanacaqdır ki, bununda 53.01 milyard tonu quru yataqlarının,18.2 milyard tonu isə dənizin payına düşür.Bu barədə Aşqabadda keçrilən “Türkmənistanın neft və qazı” konfransının materiallrında qeyd edilir.
Türkmənistan özünün enerji strategiyasını Amudərya,Mərkəzi Karakumax,dəniz şelfində və Xəzər dənizinin sahil zonasında aşkar edilmiş neft və qaz yataqlarının sənaye istismarı və türkmən enerjidaşıyıcıların coxvariantlı nəql sistemi ilə dünya bazarlarına çıxarması ilə reallaşdırır.