Trend Türkmənistanın neft-qaz və mineral ehtiyatlar nazirliyinə istinadən xəbər verir ki,”Türkmənnebit” Dövlət Konserni İtaliyanın ProBusiness S.r.l. şirkəti ilə öz hesabına müqavilə bağlamağı planlaşdırır.
Söhbət neft-qaz yatağlarında təmir işlərinin aparılması üçün 2424 ton müxtəlif qazma borularının alınmasından gedir.
Konsern neft və qaz quyularının qazılması,əsaslı təmiri, neft və qaz yataqları avadanlıqları və neft boru kəmərlərinin dəyişdirilməsi və yeni boru kəmərlərinin çəkilməsi üçün xarici şirkətlər ilə əməkdaşlıq edir.
Konsern həmçinin yeni sahələrdə geoloji –kəşfiyyat işləri ilə məşğul olur.
Müstəqillik illərində konsern neft hasilatını ildə 5 milyon tondan 8 milyon tona qədər artırıb və 11.6 milyard kub metr qaz hasil edib.