Noyabrın 10-da SOCAR Prezidenti Rövnəq Abdullayev Yunanıstana səfəri çərçivəsində bu ölkənin Baş naziri Antonis Samarasla görüşmüşdür.
SOCAR mətbuat xidmətinin yayadığı məlumatda bildirilir ki, görüş zamanı TAP layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66%-nin SOCAR tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Tərəflər qeyd olunan layihələrin həyata keçirilməsi haqqında fikirlərini bölüşmüşlər.
Qeyd edək ki, ötən həftə Avropa Komissiyası SOCAR-ın DESFA şirkətinin səhmlərininin nəzarət paketinə sahib çıxması məsələsini araşdırmağa başlayıb.