“Günəşli” yatağındakı 13-cü özüldən 33 nömrəli quyu qazmadan sonra istismara verilmişdir.
SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, “SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılmış quyu 3194-3149 metr intervaldan fontan üsulu ilə sutkalıq 45 ton neft və 158000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
Qeyd edək ki, quyu “28 May” adına NQÇİ-nin sifarişi ilə qazılmışdır.
Bundan əlavə SOCAR “Çilov” yatağındakı 112 saylı özüldən 112 nömrəli quyuda qazma işlərinə başlanılıb. Layihə dərinliyi 1450 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək.
Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçiriləcək.