Qazaxıstanın milli şirkəti olan “KazMunayGaz-Onemdir” daxili bazarın bolluğu üçün noyabrda Rusiya və Belarusdan 90 min ton həcmində AI-92/93 markalı benzin idxal etməyi planlaşdırır. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat veriblər.
“Belarusiyanın Mozır və Novopolotsk NEZ-ı və bir sıra Rusiya NEZ-ı ilə noyabrda 50 min ton əlavə AI-92/93 benzinin idxal edilməsi barədə danışıqlar aparırıq.Bu məhsul Gömrük Birliyinin K3-K5 texniki reqlamentinin standartlarına cavab verir” – deyə məlumatda bildirilir.
Press-relizə görə,Rusiya və Belorusiyanın neft emalı zavodları yuxarıda adıçəkilən həcmlərdən əlavə olaraq Qazaxıstana 37.2 min ton benzin artıq nəql edilib.
Daxili bazarın ehtiyaclarını qarşılamaq üçün oktyabrda Rusiyadan Qazaxıstana Aİ-92 markalı 42.3 min ton benzin tədarük edilib.