İran milli neft şirkətinin beynəlxalq departamentinin direktoru Seyid Möhsün Kamsari bildirib ki, İran Avropalı tərəfdaşları ilə ikitərəfli əlaqələri davam etdirir və sanksiyaların aradan qaldırılması halında, İran xam neft ixracını 2-3 ay ərzində artıra bilər.
Kamsari dəqiqləşdirib ki,avropalı tərəfdaşlarla münasibətlər fikir mübadiləsi və qarşı tərəfin fikirlərinin öyrənilməsi səviyyəsində saxlanılır,çünki istənilən sövdələşmədə qarşı tərəfin fikrini bilmək vacibdir. Asiyalı tərəfdaşlarla isə mövcüd müqavilələrin saxlanılması və çətinliklərin aradan qalıdrılması yönündə iş aparılır.
Kamsari xüsusi qeyd edib ki,sanksiyaların qaldırılması halında İran neft hasilatını artıracaq,ancaq əvvəlki tədarük səviyyəsinə tez çata bilməyəcək,çünki onun yerini bazarda başqa oyunçular tutub.