Cümə axşamı, İyun 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP Azərbaycanda yerli potensialların yaradılması səylərinə daim kömək edəcək

29/11/2014
2
BAXIŞ
Share on FacebookShare on Twitter

bp-d

Dünən layihələri İdarəetmə Məktəbinin 3-cü buraxılış tədbiri keçirilib.

“BP-Azərbaycan” şirkətinin yayadığı press-relizdə bildirilir ki, tədbir “Layihələri İdarəetmə Məktəbi”nin builki 80 nəfər məzununa buraxılış sertifikatları təqdim etmək məqsədi daşıyır.

Tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti Qordon Birrell bildirib ki, bu məktəb artıq yerli potensialı inkişaf etdirən, amma beynəlxalq məzmunlu davamlı bir təlim müəssisəsinə çevrilib: “2011-ci ildə bu layihəyə başlayanda və iki il sonra Məktəbə dəstəyimizi davam etdirmək qərarına gələndə məhz bu məqsədi qarşıya qoymuşduq. Dəstəklədiyimiz təhsil layihələrinin və təşəbbüslərinin uğurlu olduğunu, xüsusilə də onların davamlı olduğunu, daim qarşıya qoyulan məqsədə çatdığını, daim böyüdüyünü və ölkənin də irəliləyişinə dəstək verdiyini görəndə biz də öz məqsədimizə çatmış oluruq”.

Onun sözlərinə görə, bu, BP və tərəfdaşlarının Azərbaycanda fəaliyyət göstərdiyi müddət ərzində daim diqqət mərkəzində saxladığı bir sahə olub: “Bu, həm də bizim bu ölkəyə verdiyimiz vədlərin əsas bir hissəsidir. Biz Azərbaycanda yerli potensialların yaradılması səylərinə daim kömək edəcəyik. Biz, əlbəttə ki, Azərbaycan iqtisadiyyatının parlaq gələcəyini görürük. Biz həmçinin ölkənin öz iqtisadiyyatını şaxələndirməkdə qətiyyətli olduğunu da bilirik. Buna nail olmaq üçün isə beynəlxalq standartlara cavab verən iri layihələri həyata keçirə bilən yüksək ixtisaslı layihə menecerlərinə həmişə ehtiyac olacaq. BP və onun tərəfdaşlarına gəldikdə isə yuxarıda qeyd etdiyim kimi, bu layihə ölkə qarşısındakı öhdəliyimizin bir hissəsidir. Biz əminik ki, yerli insan resurslarına və ümumilikdə bacarıqların yaradılmasına yatırdığımız və yatırmaqda davam edəcəyimiz əhəmiyyətli sərmayələr həm bizim layihələrə, həm də ölkədə həyada keçirilən digər layihələrə hələ uzun illər fayda gətirəcək. Biz 20 ildir ki, Azərbaycandayıq və bu müddət ərzində hökumət, SOCAR, yerli əhali, universitetlər, məktəblər və bütün digər tərəflərlə uğurlu əməkdaşlıqlar qurmuşuq. Biz bu tərəfdaşlıqları yüksək qiymətləndirir və onların uğurundan qürur duyuruq. İcraçı tərəfdaşlara gəldikdə isə – yəni, Xəzər Universiteti və “ESİ İnternational” üçün bu, onların öz təlim proqramları və tədris planı vasitəsilə beynəlxalq layihə idarəetmə standartlarının ölkəyə gətirilməsi üçün böyük imkandır. Məhz bu proqramlar vasitəsilə təlim iştirakçıları beynəlxalq təcrübəyə birbaşa çıxış əldə edir, öz bilik və səriştələrini artırırlar”.

Q.Birrell deyib ki, bu, hər üç tərəfin maraqlarına xidmət edən bir layihədir: “Gələcəyə baxarkən, biz birlikdə işləməyə davam etməliyik, eləcə də əlimizdən gələni etməliyik ki, ölkə üçün yüksəkixtisaslı peşəkar kadrlar yetişdirmək səylərinə dəstək verən bu cür təhsil təşəbbüsləri ölkənin mənafeyinə xidmət etməkdə davam etsin. Nəhayət, deyilənləri təsdiq edən bir sıra faktları diqqətinizə çatdırmaq istəyirəm: bu vaxtadək “Layihələri İdarəetmə Məktəbi”ndə ümumilikdə təxminən 300 layihə meneceri təlim keçib və onlardan 55-i BP şirkətinin əməkdaşıdır. Bu məzunlar telekommunikasiya, tikinti, sığorta, bank, neft və qaz sektorundan tutmuş turizm və təhsil də daxil olmaqla, demək olar ki, bütün sektorları – həm dövlət, həm də özəl sektoru – təmsil edirlər. Bu, ölkədə layihələri idarəetmə üzrə davamlı potensialın yaradılmasına yönəlmiş səylərə böyük bir töhfədir”.

Layihələri İdarəetmə Məktəbi (LİM) 2011-ci ilin yanvar ayında ölkədə potensialların yaradılması səylərini dəstəkləmək öhdəliyinin bir hissəsi kimi BP və onun tərəfdaşları tərəfindən yaradılıb. LİM layihələrin idarə olunması üzrə beynəlxalq səviyyədə qəbul edilmiş geniş bir təlim proqramı təmin etməklə həm özəl, həm də dövlət sektorundakı şəxslərin layihələri idarəetmə bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulub. Bu təşəbbüsdə əsas diqqət bilavasitə layihələrin idarə edilməsində icranın təkmilləşdirilməsinə və ölkədə layihələri idarəetmə üzrə uzunmüddətli bacarıqların yaradılmasına yönəldilib.

LİM Xəzər Universiteti və “ESİ İnternational” şirkəti ilə əməkdaşlıqda yaradılıb. Xəzər Universiteti layihənin icraçısı, layihələri idarəetmə və onunla bağlı məsələlərin həlli sahəsində aparıcı təlim şirkəti olan“ESİ İnternational” şirkəti isə təlim proqramını həyata keçirən tərəfdir. Proqramın tədris planı yeddi moduldan ibarətdir və Corc Vaşinqton Universiteti (CVU) tərəfindən verilən beynəlxalq səviyyədə qəbul edilmiş “Layihələrin İdarə Edilməsi üzrə Magistr sertifikatı”nın alınmasını təmin edir: Layihələrin İdarə edilməsi, Layihəyə Rəhbərlik, İdarəetmə və Əlaqə, Risklərin İdarə Edilməsi, Planlaşdırma və Xərclərə Nəzarət, Layihə Menecerləri üçün Keyfiyyət, Layihənin İdarə Edilməsinin Tətbiqi Mexanizmi və Layihələri idarəetmə mütəxəssisi (LİEM) imtahanına hazırlıq. Təlim proqramı “ESİ İnternational” şirkətinin Fransa, Böyük Britaniya, İsveç və ABŞ-dan olan müəllimləri tərəfindən həyata keçirilir.

İndiyədək layihə üç fazada həyata keçirilib. LİM-in 2014-cü il üçün məzun buraxılışı sayca 3-cüdür. 28 noyabr 2014-cü il tarixində keçiriləcək tədbirdə 80 məzun sertifikat alacaq. Builki məzunlar hökumət, neft və qaz, sığorta, telekommunikasiya, tikinti, bank, səfirliklər, turizm və təhsil də daxil olmaqla dövlət və özəl sektordan olan müxtəlif təşkilatları təmsil edir.

Fəaliyyətə başladığı vaxtdan etibarən LİM ilə bağlı əsas faktlar:

  • Bu vaxtadək xərclənmiş vəsaitlərin ümumi həcmi: 2 milyon dollardan artıq (BP və onun tərəfdaşlarının maliyyəsi)
    • İştirakçıların ümumi sayı: 298 nəfər
    • Verilmiş Bakalavr sertifikatlarının ümumi sayı: 122
    • Verilmiş Magistr sertifikatlarının ümumi sayı: 176
    • Proqramda iştirak etmiş təşkilatlar: 109
    • BP-dən olan məzunlar: 55 nəfər

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.