“Gazprom” şirkətinin məlumatında deyilir ki,Türkiyə və Rusiya “Mavi Axın” boru kəmərinin gücünü 16 milyard kub metrdən 19 milyard kub metrə qədər artırılması barədə razılığa gəliblər.
Çərşənbə günü Moskvda “Qazprom” ASC-nin idarə heyətinin sədri Aleksey Miller ilə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız arasında görüş keçrilib.
Bundan əlavə qərara alınıb ki,Türkiyə istehlakçılarının artan tələblərini ödəmək üçün “Mavi Axın” boru kəməri tam yüklənsin.
Həmçinin bu il Türkiyəyə rekord həcmdə qaz tədarük ediləcək – 30 milyard kub metr.
Görüşdə həmçinin “Mavi Axın” boru kəmərinin gücünü artırmaq üçün Rusiya ərazisində “Bereqevaya” kompressor stansiyasında və Türkiyə ərazisində Durusu qəbul terminalında yenidənqurma işləri aparılacaq.