Qazaxıstanın Milli iqtisadiyyat naziri Erbolat Dosayev parlamentin plenar iclasında bildirib ki,cari il üçün neft hasilatı planını əhəmiyyətli surətdə azaldıb.
“Sənaye istehsalı həcmi 2.7%-dən 0.8% azaldılıb. Dağ-mədən sənayesində artım 0.6%, emal sənayesində isə 0.9% təşkil edəcək. Neft hasilatı həcmi 81.8 milyon tona qədər azaldılıb” – deyə spiker bildirib.
Həmçinin nazir bildirib ki,kənd təsərrüfatında artım 0.4% səviyyəsində planlaşdırılıb. Tikinti sektorunda proqnoz 4% həcmində artıma doğru yenilib.