Qazaxıstanın energetika naziri Vladimir Şkolnik Parlament iclasında bildirib ki,oktyabrda Rusiyadan Qazaxıstana 69.9 min ton rəngli neft məhsulları gətiriləcək.
“Sentyabrda Rusiyadan müxtəlif vasitələrlə 35 min ton müxtəlif benzin gətirilib. Oktyabrda bu rəqəm 69.9 min ton olacaq və bazarda gərginlik aradan qaldırılacaq” – deyə Şkolnik deputatları arxayın edib.