Dünyanın ən böyük neft servis şirkəti Schlumbergerin rüblük mənfəəti Şimali Amerikadakı qazma fəaliyyəti hesabına ardıcıl 9 rüb proqnozlarını ötüb.
III rübdə şirkətin təmiz mənfəəti bir adi səhmə görə $1,49 qədər artmış,gəliri isə 9% artaraq $12,65 milyard təşkil edib. ABŞ-da təmiz mənfəət 18% artaraq $4,26 milyard olub.
Schlumbergerin nəticələri 4 aparıcı neft sevisi şirkətləri arasında Şimali Amerikanın göstəricilərindən az aslıdır.
Schlumberger şirkətinin səhmləri neft qiymətlərinin düşməsi fonunda 20% ucuzlaşıb.
Societe Generale bankının analitiki Edvard Mustafaqo bildirib ki,“Neftin qiymətinin aşağı düşməsi neft xidməti şirkətlərinin nəticələrinə təsir etməyəcək. Səhmin qiymətinə yalnız investorların ümumi əhval ruhiyyəsi təsir edir.”