İtaliyanın ətraf mühit naziri Canluka Qalyetti Trans-Adriatik qaz boru kəmərinin (TAP) İtaliya hissəsi üçün “Trans Adriatic Pipeline AG” şirkətinin təqdim etdiyi ekoloji layihə haqqında sənədi imzalayıb. Bu barədə Trend şirkətə istinadən məlumat verir.
Layihə yerli icmalarla mütəmadi müzakirələr, ictimaiyyətlə məsləhətləşmələr və prosesə cəlb edilmiş yerli və regional hakimiyyət orqanları ilə sıx əməkdaşlıq daxil olmaqla, bütün iştirakçılarla hərtərəfli qarşılıqlı fəaliyyətdən sonra bəyənilib.
Məlumatda deyilir ki, TAP İtaliyada dünya səviyyəli layihə hazırlamağa can atır və layihəyə cəlb edilmiş bütün tərəflərlə sıx əməkdaşlığı davam etdirəcək. Layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi haqqında yekun hesabat onun İtaliya və Aİ-nin qanunvericiliyinin normalarına, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının beynəlxalq tələblərinə tam uyğun gəlməsindən xəbər verir.
Qeyd edək ki, ТАР Azərbaycanın “Şahdəniz” yatağının işlənməsi konsorsiumu tərəfindən qazın Avropa bazarlarına nəqli üçün seçilmiş layihədir.