İranın energetika naziri Həmid Çitçiyan bildirib ki,bir neçə aydan sonra İranda 2,5 MVt gücündə külək turbinləri istehsal edəcək zavod açılacaq.
Bu müəssisə İranın adıçəkilən külək turbinlərinə olan ehtiyacılarının qarşılamasına imkan verəcək. Bundan əlavə, Enerji Nazirliyinin Elmi Tədqiqat İnstitutunda demək olar ki,2 MVt gücündə külək turbinlərinin layihələndirilməsi başa çatıb.
Həmid Çitçiyan xatırladıb ki,keçən ilə kimi İranda ancaq 600 kW gücündə külək turbinləri istehsal edilirdi. Cari ildə 1.5 və 2.5 MVt gücündə olan külək turbinlərinin quraşdırılmasına başlanılıb və onlardan elektrik enerjisi alınması üçün istifadə ediləcək.