2014-cü il oktyabrın 1-ə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 37 305,3 milyon ABŞ dollarına bərabər olub. Bu haqda ARDNF bu günkü açıqlamasında məlumat verib.
ARDNF bildirir ki, ilin əvvəlinə (35 877,5 milyon ABŞ dolları) nisbətən onun aktivləri 3,98% artib.
Ancaq Caspian Barrel bir fakta diqqət yetirir ki, cari ilin iyul ayının 1-nə Neft Fondunun aktivləri 37 622,4milyon dollar idi. Deməli, III rüb ərzində Neft Fondunun aktivləri 317,1 milyon dollar azalıb.
Rüb ərzində isə Fondun gəlirləri 3 638,3 milyon, xərcləri isə 2 878,1 milyon təşkil edib.
Gəlirlər | Xərclər | |
I rüb – | 3 006,8 | 2443,3 |
II rüb – | 3486,8 | 2719,8 |
III rüb – | 3638,3 | 2878,1 |
——— | ——– | ——— |
Cəmi | 10 131,9 | 8041,2 |
2013-cü il oktyabrın 1-ə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4 milyon ABŞ dolları) nisbətən 4,9% artaraq 35 809,2 milyon ABŞ dollarına bərabər olmuşdur.
ARDNF-in rəsmi məlumatına görə, 2013-cü il ərzində Neft Fondunun büdcə gəlirləri 13 600,5 milyon manat, büdcə xərcləri isə 12 302,7 milyon manat təşkil etmişdir.
2012-ci ildə ARDNF-ın büdcə gəlirləri 13 673,7 milyon manat, büdcə xərcləri isə 10 573,6 milyon manat təşkil etmişdi.
Qeyd edək ki, ARDNF-ə daxilolmaların pik həddi 2011-ci ildə qeydə alınıb – 15 628,3milyon manat olub. Yəni bu məlumatlardan göründüyü kimi, 2011-ci ildən başlayaraq Neft Fondunun gəlirləri azalmağa başlayıb. Ən yüksək azalma tempi 2012-ci ildə olub – birdən birə Fonda daxilolmalar 2 milyard manat azalıb. Bu, “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın kəskin azalması fonunda baş vermişdi.