Bazar ertəsi, İyul 20, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Hökumət Azərbaycanın mədən sənayesində bu cür “şəffaflıqla” barışmayacağını ortaya qoydu

25/10/2014
2
BAXIŞ
Share on FacebookShare on Twitter

eiti-peopleAzərbaycan hökuməti Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünü (MHŞT) tərk etmək fikrini nəzərdən keçirir. Bu haqda MHŞT üzrə Hökumət Komissiyasının sədri Şahmar Mövsümovun (o, eyni zamanda Azərbaycan Dövlət neft Fondunun icraçı direktorudur) MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin Azərbaycan üzrə qəbul etdiyi qərara dair bəyanatında bildirilir.
Hökumət Komissiyası sədrinin bəyanatında qeyd olunur ki, Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) 2003-cü ildən qoşulmuşdur. Yaradıldığı vaxtda MHŞT mədən sənayesindən əldə edilən gəlirlər barədə şəffaflığın təmin edilməsi məqsədini daşıyırdı. Bu məqsədə uyğun olaraq Azərbaycanda mədən hasilatından əldə edilən gəlirlər üzrə hesabatlar dərc edilmiş, gəlirlər üzrə tam şəffaflığa nail olunmuş, bütün məlumatlar vətəndaşlara açıqlanmışdır. Ölkədə prosesə rəhbərlik QHT Koalisiyasının da daxil olduğu MHŞT üzrə Çoxtərəfli Qrup tərəfindən həyata keçirilir.
“Lakin son bir neçə ildir ki, MHŞT üzrə Beynəlxalq İdarə Heyəti səviyyəsində MHŞT-nin mandatının dəyişdirilməsinə cəhdlər başlanılmışdır. Təəssüflə qeyd edilməlidir ki, Təşəbbüs MHŞT-nin ilkin məqsədini unudaraq insan hüquqları və ya daha dəqiq desək QHT-lərin hüquqlarının qorunmasını təmin edən təşkilat təsəvvürü yaratmağa başlamışdır. Son illər ərzində MHŞT barədə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən verilən bəyanatlarda, nüfuzlu media orqanları tərəfindən dərc olunan məqalələrdə yalnız QHT-lərin mövqeyi əks etdirilmiş, şəffaflıq məsələləri kənarda qalmış, Təşəbbüsün əsas mandatı unudulmuşdur”, – deyə Mövsumovun bəyanatında bildirilir.
2003-cü ildə Təşəbbüsə qoşularkən Azərbaycan hökumətinin əsas məqsədi ölkə vətəndaşları üçün mədən hasilatından əldə edilən gəlirlər üzrə tam şəffaflığın təmin edilməsi olmuşdur. Bu gün isə Azərbaycan müxtəlif ikili standartlara xidmət edən təşkilatlar tərəfindən tənqid edilir. MHŞT-nin növbəti bu cür təşkilata çevrilməsi yolverilməzdir. Azərbaycan hər hansı Azərbaycan hüdudlarından kənar bir qurum qarşısında hesabat vermək, onun əsas mandatına uyğun olmayan tənqidlərini dinləmək üçün bu Təşəbbüsə qoşulmamışdır.
“Bununla bağlı təzyiqlərə Azərbaycan hökumətinin dözmək fikri yoxdur. Bütün bunları nəzərə alaraq Azərbaycan hökuməti MHŞT-ni tərk etmək məsələsini nəzərdən keçirəcəkdir. Bütün digər MHŞT üzvü olan ölkələrə də narahatlığını çatdıracaqdır”, –deyə bəynatda vurğulanır.
Mövsumov bəyanatını onunla yekunlaşdırır ki, “Azərbaycan MHŞT daxilində və ya ondan kənarda hər zaman olduğu kimi öz vətəndaşları üçün mədən hasilatından əldə etdiyi gəlirlər barədə şəffaflığın təmin edilməsi sahəsində fəaliyyətini davam etdirəcəkdir”.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.