Cümə axşamı, Sentyabr 3, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Hafka” Bahar və Qum-dəniz neft yataqlarındakı payından “əl çəkir”

04/10/2014
10
BAXIŞ
Share on FacebookShare on Twitter

3202“Bahar Energy Ltd.” şirkəti “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovdan alınıb. Hafiz Məmmədovun şirkətə prezident təyin etdiyi Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Amir Mahmoudzadeh də vəzifəsindən kənarlaşdırılıb. Şirkətə ABŞ vətəndaşı olan Norman Benson prezident təyin edilib. Bu barədə virtualaz.org saytına şirkətdən məlumat veriblər.
Xəbərdə deyilir ki, şirkətin əsas payçılardan olan “Baghlan Group”la bütün əlaqələr kəsilib: “Norman Benson əvvəllər şirkətin vitse-prezidenti vəzifəsində çalışıb. Lakin Amir Mahmoudzadehdən fərqli olaraq o, Hafiz Məmmədovla “isti” münasibətdə olmayıb”.
Xəbərdə o da deyilir ki, şirkət əməkdaşları ilə bağlanmış əmək müqavilələrinin müddəti gələn il yanvarın 1-dən bitir: “Şirkətdə ciddi ixtisarların olacağı proqnozlaşdırılır. Bu il 140-dan çox əməkdaş işdən çıxarıldı. Yeni ildən isə işçilərin sayının yarıyadək azaldılacağı gözlənilir.
Budəfəki ixtisarlar Hafiz Məmmədovun yaxınlarından da yan keçməyəcək. Hafiz Məmmədovun qohumları, yaxın ətrafı hələ də şirkətin ofisində çalışır. Fəhlə və texniki heyətdən fərqli olaraq onlar 3-6 min manat əməkhaqqı alırlar”.
“Bahar Energy Ltd.” şirkətinin Dövlət Neft Şirkətinin nəzarətinə veriləcəyi də gələn xəbərlər arasındadır.
Qeyd edək ki, “Bahar Energy Ltd.” Xəzərin Azərbaycan sektorunda yerləşən “Bahar” və “Qum-dəniz” yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası və işlənməsini həyata keçirir.
Şirkət nəqliyyat naziri Ziya Məmmədov və onun biznes ortağı Dubayın Cəbəl Əli azad ticarət zonasında qeydiyyatdan keçmiş “Baghlan Group Limited”, “Bakı” futbol klubunun prezidenti olan iş adamı Hafiz Məmmədova, “Greenfield İnternational”, “RAFI Oil” və SOCAR-a məxsus olub.
“Bahar” və “Qum-dəniz” dəniz yataqlarının işlənməsi üzrə bağlanmış hasilatın pay bölgüsü (HPB) tipli müqavilə 2009-cu ilin dekabr ayında SOCAR (20%) və “Bahar Energy Ltd.” (80%) arasında bağlanıb. Belə ki, “Bahar Energy Ltd.” şirkətinin təsisçiləri “Baghlan Group”, “Greenfield İnternational” və “RAFI Oil” ofşor kompaniyalardır. Şirkət Dubay-Cebel Əli azad iqtisadi zonasında qeydə alınıb.
“Bahar Energy Ltd.” şirkətindən virtualaz.org saytına şirkət rəhbərliyinin dəyişdiyini təsdiqləsələr də əlavə açıqlama vermək istəməyiblər.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə virtualaz.org saytına xəbəri təsdiqləyib.
M.Qəhrəmanlı dedi ki, “Bahar Energy Ltd.” şirkətinin təsisçiləri “Baghlan Group”, “Greenfield İnternational” və “RAFI Oil” şirkətləridir: “Şirkətlərin ilkin təsis payları bərabər olub – 33,3 faiz. Ancaq “Greenfields Petroleum” şirkəti 2012-ci ildə bəyan etdi ki, “Baglan Group” “RAFI Oil” şirkətinin 33,33 fazilik payını da alıb. Bu barədə razılaşma 2012-ci ilin 17 yanvarında imzalanıb”.
Beləliklə, “Bahar Energy” şirkətinin səhmlərinin 66 faizinə iş adamı Hafiz Məmmədovun rəhbəri olduğu “Baghlan Group” nəzarət edib. Səhmlərin qalan hissəsi ABŞ-ın “Greenfields Petrolium” adlı şirkətinə məxsusdur. Ofisin prezidenti Amir Mahmoudzadeh və təmsilçi ofisin birinci vitse-prezidenti Norman Benson olub. Amir Mahmudzadeh şirkətdən uzaqlaşıb. Hazırkı prezident Norman Bensondur.
Hüquq müdafiəçisi qeyd etdi ki, rəhbərlik etdiyi təşkilata “Baglan Group”un öz payını- “Global Energy”nin “Absheron Operating Company” şirkətinə (Zığ və Hövsan yataqlarını işlədir, operatoru ofşor “Global Energy” şirkətidir) satdığına dair məlumat daxil olub.
SOCAR-dan isə məsələyə münasibət bildirməyiblər.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.