İranın ən böyük neft treyderi və iri tanker donamasının sahibi olan NİTC şirkəti artıq Avropa Birliyinin sanksiyaları altında deyil.
Bu ondan aydın olur ki,Avropa Birliyi maəkəmənin şirkətin sanksiyalar siyahısından çıxaran qərarına etiraz etməyib. Bu barədə məlumatı şirkətin vəkillərinə istinadən Reuters agentliyi yayıb.
Çox güman ki,iki aydan sonra şirkət Avropa Bazarına neft ixrac etməyə başlayacaq.
Əvvələr Lüksemburqda yerləşən və Avropa Birliyində ikinci ən əhəmiyyətli orqan sayılan Ali Məhkəmə hökm etmişdi ki,Avropa Birliyinin NİTC şirkətini sanksiyalar siyahısına daxil etməyə heç bir səbəbi olmayıb.