Cümə axşamı, Mart 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Amerika şirkəti “Şahdəniz mərhələ-2” layihəsi çərçivəsində iki servis müqaviləsi qazandı

01/10/2014
2
BAXIŞ
Share on FacebookShare on Twitter

bredero-shaw

“Şahdəniz” konsorsiumu bu gün “Mərhələ 2” işlənmə layihəsinin irəliləyişi çərçivəsində daha iki xidmət müqaviləsinin imzalandığını elan edib.

“BP Azərbaycan” şirkətinin yayadığı məlumatda bildirilir ki, sualtı axın xətlərinin örtüklənməsi və ilkin sualtı ixrac xəttinin örtüklənməsi işlərini əhatə edən bu müqavilələr “Bredero Shaw International B.V.” şirkəti (mənzil qərargahı Hyustonda, Texas ştatı, ABŞ-da yerləşir) ilə imzalanıb.

Müqavilələrin dəyəri təxminən 200 milyon ABŞ dolları həcmindədir.

Örtüklənmə işlərinə 2014-cü ilin sonlarında başlanacaq ki, 2015-cil ilə planlaşdırılan sualtı boru kəmərlərinin inşasının birinci mərhələsi üçün və 2018-ci ilə planlaşdırılan ikinci mərhələsi üçün örtüklənmiş borular təmin olunsun.

Ötən ilin dekabr ayında yekun investisiya qərarı verildikdən bu vaxtadək “Şahdəniz 2” layihələri üzrə işlərdə yaxşı irəliləyiş olub. Ümumilikdə artıq 9 milyard dollar dəyərində əsas mühəndis-layihələndirmə, tikinti və təchizat müqavilələri imzalanıb. Bu müqavilələr üzrə Azərbaycan və Gürcüstandakı əksər tikinti sahələrində ilkin işlər də artıq başlanıb.

Qeyd edək ki, “Şahdəniz Mərhələ 2” layihəsi Xəzər dənizində yerləşən nəhəng “Şahdəniz” yatağından ildə 16 milyard kubmetr qazın hasil edilməsinə və bu qazın təxminən 3500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunmasına imkan yaradacaq. İlk qazın hasilatı və Gürcüstan və Türkiyəyə satışın başlanması 2018-ci ilin sonlarına nəzərdə tutulub; Avropaya isə ilk qaz təxminən bir il sonra çatdırılacaq.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.