Çərşənbə günü Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə bildirib ki, Avropa Komissiyası Trans-Xəzər layihəsi üzrə Azərbaycan və Türkmənistanla danışıqlarda maraqlıdır.
Onun sözlərinə görə, Avropa Birliyi “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsinə böyük əhəmiyyət verir.
Marq qeyd edib ki,Aİ,Azərbaycan və Türkmənistan arasında Trans-Xəzər layihəsi üzrə 3 tərəfli göüş formatı mövcuddur və hələlik görüşün dəqiq tarixi barədə məlumat yoxdur.
Xəzər dənizinin dibi ilə Azərbaycan sahillərinə 300 km-lik boru xəttinin çəkilməsi türkmən enerji resurslarının Avropa bazarına çatdırılması üçün optimal variant hesab edilir.