2014-cü ilin 9 ayının nəticələrinə görə, BP və tərəfdaşları “Azəri-Çıraq-Günəşli” dəniz yataqlarından neftlə birlikdə hasil etdikləri səmt qazının Azərbaycan tərəfinə verdikləri hissəsini artırmışlar.
“BP-Azerbaijan” şirkətinin prezidenti Qordon Birrelin jurnalistlərə açıqlamasına görə, səmt qazın həcmi 2 mlrd. kub metr təşkil edib.
Caspian Barrel xatırladır ki, 2013-cü ilin doqquz ayı ərzində “əsrin müqaviləsi” çərçivəsində SOCAR-a gündə təxminən 5,9 milyon kubmetr və ya ümumilkdə isə 1,62 mlrd kubmetr səmt qazı verilmişdi.
Qeyd edək ki, səmt qazı Azərbaycan tərəfinə təmənnasız olaraq verilir.