İngilis-holland Royal Dutch Shell şirkətindən verilən məlumata görə,cari ilin 9 ayında şirkətin xalis mənfəəti keçən ilin analoji dövrü ilə müqayisədə 2% azalaraq 14.279 milyard dollar təşkil edib.
Üçüncü rübdə şirkətin xalis mənfəəti 2013-cü ilin iyul-sentyabrı ilə müqayisədə 5% azalaraq 4.463 milyard dollar təşkil edib.
İlin 9 ayı ərzində şirkətin xalis mənfəəti bir adi səhmə düşən payı 2.26 dollar olub.
Shell şirkətinin gəliri ilin ilk yarısında 3.9% azalaraq 328.73 milyard dollar,rüblük göstərici isə 107.85 milyard dollar təşkil edib. İkinci rübdə sərmayə qoyuluşu 4.8 milyard olub.
Royal Dutch Shell –İngilis-holland şirkəti olub,40-dan çox ölkədə karbohidrogenlərin hasilatı və emalı ilə məşğul olur.