Cümə, Aprel 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

X.Xələfov: Həştərxan sazişi Azərbaycan konstitusiyasına zidd deyil

30/09/2014
3
BAXIŞ
Share on FacebookShare on Twitter

xalafXəzəryanı dövlət başçılarının Həştərxan sammitində Xəzərin hüquqi statusu haqqında konvensiyanın əsas məsələləri üzrə razılaşmalar əldə olunub. Sammitin nəticələri uğurludur və keyfiyyətcə yeni mərhələyə keçmək üçün əsas verir. Bu barədə bugünki mətbuat konfransında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
Xəzərin dibinin bölünməsi üzrə ortaq mövqeyə gəlinib ki, bu da Konvensiyanın 80-90%-nin razılaşdırılmasına təkan verib, deyə Xələfov qeyd edib.
Sammitin yekunlarına görə birgə bəyannamə qəbul edilib və prezidentlər rəsmi məlumat yayıb, hidrometeorologiya və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb.
Həmçinin bioloji resurslar üzrə hökumətlərarası komissiya yaradılıb. Komissiya resursların mühafizəsinə və istifadəsinə nəzarəti həyata keçirəcək.
Fövqəladə hadisələrin idarə edilməsi haqqında saziş onların aradan qaldırılması üçün vahid mexanizm yaradır ki, bu da neft-qaz resurslarının işlənib hazırlanması zamanı xüsusilə aktualdır.
Birgə bəyannamənin müddəalarına toxunan Xələfov deyib ki, sənədin mahiyyəti ondan ibarətdir ki, prinsiplər siyasi bəyanat şəklində əks olunub.
Növbəti sammit iki il sonra Qazaxıstanda keçiriləcək. Prezidentlər işçi qruplara həmin vaxta qədər Konvensiya layihəsi üzərində işi yekunlaşdırmaq tapşırığı veriblər.
Jurnalistlərin suallarını cavablandıran Xələfov deyib ki, Rusiya, Qazaxıstan və Azərbaycan Xəzərin dibinin bölgüsünü öz aralarında tamamilə yekunlaşdırıblar. İran və Türkmənistanla bu iş davam etdirilir.
İndiyə qədər beştərəfli konvensiya ilə bağlı fikir ayrılıqları var idi. İndi isə vahid prinsiplər və normalar müəyyən olunub. Belə ki, dəniz akvatoriyası 15 millik milli zonaya və əlavə olaraq 10 millik balıqçılıq zonasına bölünür. Dənizin qalan hissəsi ortaq istifadədə olacaq.
Bununla yanaşı, milli akvatorialarda və dənizin ortaq zonasında xüsusi rejimlər işlənib hazırlanmalıdır. Bu zaman ərazi bütövlüyünə, suverenliyə hörmət olunacaq, güc tətbiqinə və daxili işlərə müdaxiləyə yol verilməyəcək.
Təhlükəsizliyin və sabitliyin təmin olunmasına gəlincə, Xəzərdə silahların sabit balansının yaradılması haqqında razılıq əldə olunub. Azərbaycan və digər ölkələr Xəzərin hərbiləşdirilməsinin əleyhinə çıxıb. Xəzərdə hərbi quruculuq həyata keçirilərsə, tərəflərin maraqları məzərə alınacaq. Silah yerləşdirilməsi səmərəli və təhlükəsiz səviyyədə olmalıdır.
Əsas prinsiplərdən biri də Xəzərdə üçüncü ölkələrin hərbi iştirakının olmamasıdır. Tərəflərin silahlanmasında bərabərlik prinsipinə riayət olunacaq.
Bəyannamədə Xəzərin dibinin bölünməsi də əksini tapıb. Bu zaman İran və Türkmənistanla danışıqar davam edir, belə ki, bu məsələ ilə bağlı fikir ayrılıqları qalmaqdadır.
Bioloji resurslar üzrə yeni saziş imzalanması nəzərdə tutulur. Ekologiya məsələləri üzrə qarşılıqlı məsuliyyət nəzərdə tutulacaq.
Xüsusi işçi qrupun növbəti görüşü noyabrın sonu – dekabrın əvvəllərində Bakıda keçiriləcək, deyə Xələfov bildirib.
Turan-ın “Bakının Xəzər akvatoriyasının 25 millik zonaya bölünməsinə razılıq verməsi Azərbaycan Konstitusiyasının 11-ci maddəsinə zidd deyilmi?” sualına cavabda Xələfov deyib ki, əldə edilmiş razılaşmalar Azərbaycan qanunvericiliyinə və beynəlxalq normalara zidd deyil.
Xatırladaq ki, ölkə Konstitusiyasına əsasən, dənizin Azərbaycan sektoru – onun dibi, səthi və hava məkanı ölkənin ərazisi hesab olunur. Milli sektor 25 millik zonadan xeyli çox sahəni əhatə edir.

Turan

Eyni kateqoriyadan Digər materiallar

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.