Türkiyə Azərbaycanla Trans Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə qarşılıqlı anlaşma memorandumunu paraflayıb. Trend xəbəbr verir ki, bu barədə cümə axşamı Türkiyənin “Resmi Gazete” nəşrinin saytında yerləşdirilmiş məlumatda deyilir.
Memorandum paraflandığı gündən qüvvəyə minir.
TANAP layihəsi üzrə qarşılıqlı anlaşma memorandumu 2014-cü il mayın 26-da Ankarada Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev arasında imzalanıb.