SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2014-cü ilin yanvar-avqust aylarında Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilən 2 mln. 29 min 456 ton Azərbaycan nefti ixrac edib. Bu barədə SOCAR məlumat yayıb.
Şirkətin məlumatına görə, bu, 2013-cü ilin analoji dövrünün göstəricisindən 10,4% çoxdur.
2014-cü ilin avqust ayında Supsa limanından 242,076 min ton Azərbaycan nefti yola salınıb.
2013-cü ildə SOCAR Supsa limanından 2 mln. 725,95 min ton neft nəql edib.
Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib. Bu kəmərlə “Çıraq” yatağından hasil edilən neft ixrac edilir.