Şənbə, Noyabr 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR rəhbəri Türkmənistan prezidenti ilə danışıqlar aparıb

23/09/2014
6
BAXIŞ
Share on FacebookShare on Twitter

rrTürkmənistanın paytaxtında bu ölkənin prezidenti Qurbanqulı Berdımuhammedovla SOCAR rəhbəri Rövnəq Abdullayevin görüşü olub. Bu barədə Türkmənistan KİV-i məlumat yayıb.
Görüşdə məqsəd energetika sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi olub. Görüşün təfərrüatı açıqlanmır, lakin Türkmənistan televiziyasında yayılan məlumata görə, tərəflər “qlobal enerji təhlükəsizliyi məsələsini birgə həll etmək niyyətindədir”.
Bununla əlaqədar Türkmənistanın ixrac boru kəmərlərinin çoxvariantlı sisteminin yaradılması üzrə konstruktiv strategiya qeyd olunub.
R.Abdullayev Azərbaycanın Xəzəryanı regionunun davamlı iqtisadi inkişafı üçün Türkmənistanla işgüzar əlaqələrin möhkəmləndirilməsinə “böyük maraq” göstərdiyini təsdiqləyib.
Tərəflər Türkmənistanın neft-qaz emalı və yanacaq-sürtkü materialları istehsalı üzrə layihələrində Azərbaycanın iştirakının mümkünlüyünü müzakirə ediblər.
Turan-ın məlumatına görə, bu, cari ildə SOCAR rəhbəri ilə prezident Berdımuhammedovun ikinci görüşüdür. Bundan əvvəl Türkmənistan XİN rəhbəri Bakıya səfər edib. Danışıqların əsas mövzusu Türkmənistanın enerji resurslarının Azərbaycan vasitəsilə Avropaya nəqli, Transxəzər qaz kəmərinin inşasının mümkünlüyü, Xəzərdə mübahisəli yataqlar məsələsinin tənzimlənməsi, enerji sahəsində birgə layihələr olub.
Hər iki ölkə rəsmi KİV-in qiymətləndirmələrinə görə, danışıqların yekunları prinsipial razılaşmanın əldə olunmasından xəbər verir.
Sözügedən problemlər həllini taparsa təkcə ikitərəfli münasibətlərdə dönüşdən deyil, həm də ümumilikdə Xəzəryanı regionda geosiyasi vəziyyətdə ciddi dəyişiklikdən danışmaq olar. Belə ki, Türkmənstanın nəhəng neft-qaz ehtiyatları ilə Cənub Enerji Dəhlizinə qoşulması Türkmənistanla Azərbaycanın dünya neft-qaz bazarında mövqeyini xeyli möhkəmləndirəcək.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.